Ahmet Kayanın ən qeyri-adi mahnılarından biri... Melodiyası həzin olsa da, sözlərdə sanki bir üsyan var. Və bu həzinliklə üsyan qəribə də olsa, bir-birini vurmur, əksinə, tamamlayır.
Mahnının üstündə "redaktə" aparıb, əvvəlindəki şeiri kəsib götürmüşəm. Onun sözlərini yazının ardına əlavə etdim, istəyənlər oxya bilər. Əslində, bu iki hissə şair Ənvər Gökçənin iki ayrı-ayı şeiri olub, sadəcə, Ahmet Kaya onları birləşdirmişdi.
XANIMLARIN NƏZƏRİNƏ: Mahnının mətnində söyüş var!!!
Mahnını buradan endirə bilərsiniz. Həcmi 973 kb.
Davamı...
cəmiyyətdə “Əbu-Bəkr” məscidində baş verənlərə olan yanaşma öz səthiliyilə adamı heyrətləndirir. Hamı məsələni ancaq iki qrupun arasındakı narazılıq zəminində nəzərdən keçirir, bəziləri isə “vəhabilər bir-birini” partlatdı,- deyərək, kinayə edirlər. Amma gəlin, olaya bir qədər geniş aspektdə yanaşmağa çalışaq.
Adətən, hər müharibə tarixə öz adıyla düşür. Tarixdə “altıgünlük müharibə” var idi, indi isə “beşgünlük” də əlavə edildi. Düzdür, bu iki savaşı müqayisə etmək mümkün deyil, amma onların hər halda, bir ortaq cəhəti var. Dünyanı şoka salan altıgünlük müharibədən sonra Yaxın Şərq bölgəsində tamam yeni reallıqlar yarandı və indiyə qədər də davam etməkdədir. Beşgünlük müharibədən sonra isə, o qədər dərin olmasa da, hər halda, regional siyasət mütləq bir sıra ciddi dəyişikliklərə uğrayacaq. Çünki bundan sonra bölgədə maraqları olan bütün tərəflər baş verənlərdən mütləq bəzi nəticələr çıxarmaq və sonrakı addımlarında bunu nəzərə almaq zorundadırlar.
birləşdiyi
Bu, deyəsən, hamıya lazım idi. Hər halda, son günlər ərzində hadisələrin “müharibə” adlandırılan səviyyəyə qədər necə gəlib çıxmasının xronoligiyasını izləyəndə, bəlli olur ki, bütün tərəflər ona hazırlaşırdılar – Gürcüstan da, Rusiya da, Güney Osetiya da və hətta Amerika da. Bu savaş sözün hərfi mənasında siyasətin başqa vasitələrlə davamından başqa bir şey deyildi. Hərbi toqquşmaların niyə və necə başlamasında ikiqat maraqlar nəzərə çarpır: yuxarı qatda – Rusiya və Amerikanın, aşağıda – gürcü və osetinlərin. Yuxarı səviyyədən başlasaq, hadisələrin kökünü bir qədər başqa zamanda və məkanda axtarmaq lazımdır – konkret desək, bu ilin aprelində, Buxarestdə.
sveta” jurnalının iyul sayında Taun (Чума) xəstəliyi haqda məqalə dərc olunub. Yazıda bu xəstəliyin dəhşətləri, tarixin gedişini necə dəyişməsi, iri şəhərləri xaraba qoyması, böyük imperiyaları zəiflətməsi kimi faktlarla yanaşı, onun necə yaranması və yayılması haqda ehtimallar da yer alıb. Və onlardan birini oxuyanda mən sadəcə, şoka düşdüm.
Azərbaycan kiçik ölkədir və bu kiçikliyin miqyası məni konkret bir prizmadan daha çox maraqlandırır: Azərbaycan mədəni inkişafa impuls verən bazar ola bilməyəcək qədər kiçik ölkədir. Bazarsız isə inkişaf ola bilməz – yaxşı qəzetlərin və kitabların yazılması üçün onları oxuyan, samballı kinoların və teleproyektlərin çəkilməsi üçün onlara baxan lazımdır və bu auditoriya milyonlarla ölçülməlidir. Çünki peşəkar olan hər şey pul, pul, yenə də pul tələb edir, pul isə bazarda qazanılır.
haqda olan, amma Azırbaycan qadınının da geyimi barədə düşünməyə sövq etdirən bir fikrinə rast gəldim. O deyir ki, statistikaya görə, Rusiyada bütün yaş dövrlərindən olan qadınların 60 faizindən çoxu davamlı olaraq özünə kişi axtarışındadır. Və bu axtarış rejimi alt şüurun təsirilə onun geyimində də əksini tapır. Buna görə rus qadınının geyim dəbi seksual-təhrikçi mahiyyətdədir. Məsələn, Paris və Moskva qadınlarının geyimini müqayisə edəndə onların iki fərqli qütb olduğu nəzərə çarıpır. Fransız qadını geyimi vasitəsilə kübar, intellektual və zövqlü görünməyə, eyni zamanda, diqqəti özünə cəlb etməməyə can atırsa, rus qadını tam əksinə - parlaq, cazibəli və gözəgəlimli olmağa çalışır.
Təəssüf, amma Azərbaycanda mətbuat günü əsl jurnalistlər, medianın külüng çalanları üçün acı ironiya doğuran bir gündür. Özüm redaktor olduğum illərdə həmişə hiss eləmişəm ki, əgər bu gün bayramdırsa belə, bizə - jurnalistikanın həqiqi mənada zəhmətini çəkənlərə həmin bayramın heç bir dəxli yoxdur. Martın 8-nin evdar qadınlara dəxli olmadığı kimi. Biz səhərdən ta axşamacan monitorların qarşısında oturub yazıları düzəltmyə, mövzular fikirləşməyə, yazmağa məhkumuq; bir saatlığa olsa belə, yerimizə tərk etməyə imkanımız və haqqımız yoxdur; amma bu zaman kimlərsə mətbuatın adından danışır, badə qaldırır, əylənir…
