
Sevgilim, bu şəhəri
tək Payızda sevə bildim...
Soyuq mərmərlər üstündə
tənha qərənfilləri
tərk edəndə,
Dağüstü parkda dayanıb
Xəzərimi seyr edəndə,
Narın-narın yağan yağış
göz yaşımı gizlədəndə,

Sevgilim, bu şəhəri
tək Payızda sevə bildim...
Soyuq mərmərlər üstündə
tənha qərənfilləri
tərk edəndə,
Dağüstü parkda dayanıb
Xəzərimi seyr edəndə,
Narın-narın yağan yağış
göz yaşımı gizlədəndə,
Buludların ismarışı
yağan yağış...
bəzən xoş xəbər gətirər
bəzən də bir qara kağız...
Bir gün mütləq
mən Dənizlə görüşəcəm
sevgi dolu olacağıq
ikimiz də əvvəlkitək
və bu görüş
əbədi an olsa gərək...
Mən – xoşbəxtlik dilənçisi
Yorulmadan dilənirəm
Elə çox şey istəmirəm,
Xırda-xuruş verin, yetər...
Pəncərəsi qonşu evin həyətinə tərəf baxırdı. Uşaqlıqdan bəri bu evdə bir neçə ailənin yaşayıb, bir müddət sonra köçdüklərini görmüşdü. Bu ev lənətlənmişdi sanki... Hal-hazırdakı ailə isə bu evə illər əvvəl köçmüşdü. Cütlük idilər. İllərdir ailə qurduqlarına baxmayaraq övlad sahibi ola bilmədiklərini eşitmişdi. Yaşlarının bir xeyli olduğu da görünürdü.
Bir gün bütün məhəlləyə xoş xəbər yayıldı. Məlum cütlük ana və ata olmağa hazırlaşırdılar. Nəhayət ki, onlar da valideyn ola biləcəkdilər. Yəqin ki, bu anı bütün ömürləri boyu gözləmiş, bu anın gəlməsi üçün çoxlu dualar etmişdilər.
O da bu ailənin əvəzinə sevinirdi. Körpəyə onun ilk məhəbbətinin adını qoyduqlarını eşidəndə isə sevinci ikiqat oldu. Bu adın onun üçün xüsusi əhəmiyyəti var idi. Bu körpəni isə demək olar ki, heç görmürdü. Amma buna baxmayaraq onu çox sevirdi. Pəncərəsindən onun ağlamağına qulaq asar, məmnun olardı.
Davamı...Bu gün saçlarımı boyadım
artıq onlar sarı-qızılı xəzandır...
Gözlərimdən axan yaşlar
hər damlası bir xatirə,
yağışımdır...
Atası maşını hər gün saxladığı yerdə saxladı və çörək almağa getdi. Heç anlamırdı atasını. Şəhərdə çörək satılan bu qədər yer varkən, hər gün işdən sonra buraya gəlir və evə çörəyi məhz buradan alır. Bu təbiidir, deyəcəksiniz, amma qəribə olan odur ki, bu çörək satılan yerdə hər zaman növbə olur. Hər on beş dəqiqədən bir sobadan isti çörək çıxarılır və növbədə duran alıcılara satılır. Elə isti-isti... Bu çörək fərqlidir, həm dadı, həm də keyfiyyəti digərlərindən fərqlənir. Məhz bu da atasına hər gün işdən sonra yorğun olmasına baxmayaraq səbirlə növbədə durmağa və çörək almağa stimul verir, yəqin ki...
Evlərin bacalarından çıxan tüstülər
yaşananları əks etdirər
göydə qurar bir-birindən
daha gözəl, daha ehtiraslı
səhnələr...
Hər bir kimsəsizin
həsədlə izlədiyi
özünü görmək istədiyi
nağıllardır bu səhnələr...
