
Qadın olmaqdan danışaq...
Bir az zarafatlaşaq
zarafatla da olsa
həqiqətlərdən danışaq...
Danışaq, həyatından
gəlib keçmiş
izləri silinməz olan
qadınlardan
bir anandan
bir bacından
iş yerində
avtobusda
rastlaşdığın
hərəsinin bir taleyi
qadınlardan,
bilmədiyin, görmədiyin
neçə-neçə həyat adlı
dramlardan...
Heç olmasa, söhbət edək
milyonların dramını
əks etdirən
qarşındakı mənciyəzdən,
kimsəyə məlum olmayan
bir az da əlimizdə olan
gələcəkdən...
2008

Əla şeirdir Şəms El..
Dramlarını içinə gömən Azərbaycan qadınlarından danışmaqla bitməz.. Bu yaxınlardan ABŞ-dan olan jurnalistin dediyi
Azərbaycan " Bədbəxt qadınlar" ölkəsidir ifadəsi hələ də qulaqlarımdadır.. Əlbəttəki haqqlı və haqqsız olduğu aspektləri var onun sözlərinin də..
Uğurlar Şəms EL
İyul 18, 2008 21:34