
Bilirsən də biz Günəşik!
həm doğarıq
həm batarıq
doğuşumuz tək gözəldir
batışımız...
İstər canlı
istər cansız
hamısıyçün önəmlidir
varlığımız...
Üzməməli batışımız
çün, mütləq doğarıq
üzərinə
bizə möhtac olanların...
Bir təbəssüm
bəxş edərik
üzlərinə insanların
bu dünyanı sevdirərik...
Anladınmı,
biz necə də önəmliyik?
Hər doğuşun,
hər bir şüan
qədəmlərin mübarək!
2008
Bu gün doğum günü olan, çox sevdiyim rəfiqəm üçün...

Əla! Məncə başqa sözlə ehtiyac yoxdu.Blokunu izləyəcəm.
İyun 13, 2008 17:11