Reklam verin!
Şəms ELMay 30, 2008 20:25

evAtası maşını hər gün saxladığı yerdə saxladı və çörək almağa getdi. Heç anlamırdı atasını. Şəhərdə çörək satılan bu qədər yer varkən, hər gün işdən sonra buraya gəlir və evə çörəyi məhz buradan alır. Bu təbiidir, deyəcəksiniz, amma qəribə olan odur ki, bu çörək satılan yerdə hər zaman növbə olur. Hər on beş dəqiqədən bir sobadan isti çörək çıxarılır və növbədə duran alıcılara satılır. Elə isti-isti... Bu çörək fərqlidir, həm dadı, həm də keyfiyyəti digərlərindən fərqlənir. Məhz bu da atasına hər gün işdən sonra yorğun olmasına baxmayaraq səbirlə növbədə durmağa və çörək almağa stimul verir, yəqin ki...


Onun isə bir növ alın yazısıdır, atasını gözləmək. Hər dəfə atası bazarlıq üçün maşını yolun kənarında saxlayanda, illər boyu gözləyəcəkmiş kimi bir sıxıntı hiss edir. Atası əli dolu qayıdanda isə, üzündə hiss olunmasa da, məmnunluq hissi bürüyür onu.   

Atası növbədə isti çörəklərin sobadan çıxmasını gözləyir, o isə telefonundakı, yenicə kəşf etdiyi həzin bir mahnıya qulaq asır. Gözünü isə yenə də çörək satılan yerin düz yanındakı o evə zilləyib. Bu ev həmişə ona tərk edilmiş, içində ruhlar yaşayan bir ev təsiri bağışlayıb. Kinolarda görmüşdü belə evləri. Həm də bu evin onun olmasını istəyirdi. Bu evlə bağlı o qədər xəyallar qurmuşdu ki... Yenə xəyallara dalıb, sevgilisi ilə bu evdə necə xoşbəxt yaşadıqlarını təsəvvür edirdi ki, evin qarşısındakı ağacların yarpaqlarını yolan dəli külək ayıltdı onu. Yenə darıxdığını hiss etdi. İçindəki boşluq yenə incitməyə başladı. Son günlər belə hala tez-tez düşürdü. Birdən darıxır, ağlamaq istəyirdi. Aylar sonra ayrılığın acısını, xatirələr qarşısında acizliyini hiss edirdi.

Nəhayət, atası əlində isti çörəklər maşına qayıtdı. Bu gün çörəyi hər dəfəkindən bir ədəd artıq almışdı. Bu diqqətini çəksə də əhəmiyyət vermədi. Bir az yol getmişdilər ki, atası maşını saxladı. Maşından düşdü, arxa qapını açıb çörəkdən birini götürdü və yolun kənarında duran yaşlı, dilənçi qadına verdi. Atasının bu hərəkətini görüb zəhmli görünüşün altında yatan mülayim insanın qızı olmaqdan məmnun oldu.

Radioda isə hər axşamüstü olduğu kimi həzin musiqilər səslənirdi. Musiqiyə qulaq asa-asa pəncərədən bayıra baxır, bir zamanar sevdiyi insanı xüsusi doğmalıq və nəvazişlə xatılayırdı.. Evə çatmağa az qalmışdı ki, radioda “Təhminə” filmindən bir fraqment səsləndi. Təhminəyə hər zaman bir yerdə olacaqlarını deyən Zaura Təhminənin cavabı belə oldu: “-Hə, ələbəttə. Amma bilirsən, həyatdır, hər şey ola bilər. Yəqin ki, sənin də qarşına başqa qadınlar çıxacaq...”

Ağlaya bilmədi, atası yanında idi, irəlidə isə anasının üzünə gülümsəməli və nənəsi ilə zarafatlaşmalı idi...

GündəlikŞərhlər(4)     Baxış sayı:130

1
2ral yazıb:

bilirsen, senin sevgiye olan baxisina,ferqliliyine heqiqeten heset apardim biraz.cox gozel blogdur.heqiqeten bunlari hamisini ozun duzeltyine inaniram.zerif ve zovgludur..yeqin seliqeli insansan..olar senin wekil ve yazilarindan oz blogumda da istifade edim? eger icaze vermesen goturmerem.istesen gir bloga bax.sen sevgiden men cemiyyetden yaziram...belke de eynidir.amma men sevgiye inanmiram..ancaq oxumaqdan xowum gelir...mumkun olsa menim blogda werh yazarsan oxuyaram...

İyun 8, 2008 19:47


2
Şəms EL yazıb:

Salam, 2ral!

Blogumu izlədiyiniz və şərh yazdığınız üçün minnətdaram. Bəyəndiyinizə isə çox sevindim.

Təbii ki, mənbəni götərməklə, blogumdakı materiallardan istifadə edə bilərsiniz.

Sizin blogunuza isə mütləq baxacam, şərh yazmaga da çalışacam.

Hörmətlə.

İyun 8, 2008 21:01


3
Qadjiyev yazıb:

Maraqlidi...

İyun 10, 2008 1:29


4
Şəms EL yazıb:

Təşəkkürlər... smile

İyun 10, 2008 15:12


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha