
Gəl, qaçaq, sevgilim
bu şəhərdən
az da olsa uzaqlara...
Bəlkə yaşıl yamaclara
bəlkə də qum səhralara
təki qaçaq
bu şəhərdən
az da olsa uzaqlara...
İnsanlardan
üsyanlardan
riyalardan qaçıb gedək
qəfəsləri qırıb gedək
uçub gedək röyalara...
bu şəhərdən
az da olsa uzaqlara...
Demirəm ki, Aya gedək
başqa-başqa diyarlara
gedək bəyaz saraylara
gedək, canım
bu mühitdən
bu şəhərdən
az da olsa uzaqlara...
2008

COX GOZEL BEYENDIM...SERLER COX USTUNLUK VERIRSINIZ MENDE SHER YAZANAM AMMA SAIR DEYILEM...SERLERINIZDE BEYENDIM..NESE HANSISA MATERYAL QITLIQINIZ OLSA 1 DOST KIMI QULLUQUNUZDA
May 12, 2008 0:01