
Bilirsənmi, sevgilim..?!
Marşrut avtobusunda
axşam evinə qayıdan
üzlərindən qayğı yağan
insanlar var, bu şəhərdə.
Hərəsinin bir dərdi,
mane olur
həzz almağa
şəhərin axşam görüntüsündən...
Biri həyatla,
biri saatla
qaçdı-tutdu oynayır
biri həyatı
biri saatı
qınayır
qınayır
qınayır...
2008

Qəşəng şeirdir.
Amma burada təsvir edilənləri görmək üçün gərək bəxtin çəkə, marşrutlarda basa-basa düşməyəsən...
Aprel 29, 2008 15:37