Reklam verin!
Şəms ELMart 8, 2008 20:40
...Mən anlayıram ki, bu gün bütün günü dörd divar arasında oturub, övladlarının tərbiyəsi ilə məşğul olan, ərinin göstərişlərini yerinə yetirən qadın üçün kiçik ümid, sevinc mənbəyidir, amma bu ümid də, sevinc də sabundan əmələ gəlmiş kürəciklər kimi yox olub gedir tez bir zamanda...

Əslində bu tarixdə nələrin baş verdiyi və bu tarixin niyə təqvimə qırmızı rəngdə qeyd olunduğu məni indi o qədər də maraqlandırmır. Mənim üçün problem obyekti bizim qadınlarımızdır. Daha doğrusu qadınlarımıza qarşı münasibət və qadınlarımızın buna reaksiyasıdır.

Beynəlxalq Qadınlar günü. Həqiqətənmi bu gün beynəlxalqdır? Bütün dünyamı bunu qeyd edir? Yoxsa ancaq Sovet qalığı sayılan dövlətlərdədir bu günün belə təmtəraqlı qeyd olunuşu?

Keçən ilə qədər mən də müəyyən mənada qeyd edirdim bu günü. Ən azından ailəmizdəki qadınlara hədiyyələr alır və təbrik sözləri deyirdim. Bu il isə bunun heç birini etmədim. İndi bu bayrama qarşı ikrah hissi duyuram. Niyə, deyə maraqlanırsınızsa, ardını oxuyun.

Düşünək. Bir qadına məhz onun qadın olduğu üçün hədiyyə alıb vermək, təbrik etmək nə qədər məntiqlidir? Bütün il boyu qadınından diqqət, anlayış, xoş sözlər, hətta adi təbəssümü belə əsirgəyən kişi, ilin məhz bu günü “qonşudan qalma geri” prinsipi ilə qadınına hədiyyə alır və onu təbrik edir. Səbəb? Onun qadın olduğunu xatırlayıb. Necə də gülüncdür, deyilmi?

Niyə qadınar hər zaman haqları olan qayğı və diqqəti, anlayış və təbəssümü ancaq ilin bir günündə əldə edə bilirlər? Niyə qızına hər zaman məhdudiyyətlər qoyan ata, ona məhz 8 Mart`da rəfiqələri ilə görüşüb əylənməyə icazə verir? Niyə qadınlarımız dilənçi sayağı 8 Mart`da hər kəsdən hədiyyə gözləyirlər? Bu ki, iyrəncdir.

Problemin ən acınacaqlı tərəfi də budur ki, qadınlarımız bunu qəbul edir və bu günü sevirlər. Səbirsizliklə, 8 Mart`ın gəlməsini və sədəqə yağışına tutulmağı gözləyirlər. Bununla kifayətlənməyib öz həmcinslərini də təbrik edirlər. Axı bütün bir cinsin bayramının olması belə məntiqsizdir. O zaman Beynəlxalq kişilər günü niyə yoxdur? Onların ki sayı qadınlardan daha azdır...

Mən anlayıram ki, bu gün bütün günü dörd divar arasında oturub, övladlarının tərbiyəsi ilə məşğul olan, ərinin göstərişlərini yerinə yetirən qadın üçün kiçik ümid, sevinc mənbəyidir, amma bu ümid də, sevinc də sabundan əmələ gəlmiş kürəciklər kimi yox olub gedir tez bir zamanda...

Qısacası 8 Mart`ı da bayağılaşdırmışıq. Bu gün “Analar günü”, “Kosmonavt qadınlar günü”, “Hərbçi qadınlar günü” və ya istənilən peşə sahibi qadınlar günü kimi qeyd olunsa idi daha məntiqli olardı, zənnimcə. Uzaq başı qadınların hüquq bərabərliyi günü kimi qeyd olunsaydı və qadınlar ildə bircə dəfə də olsa öz hüquqları barədə düşünsəydilər, daha faydalı olardı... Ən azından insanları təkcə sahib olduqları cinsiyyətə görə deyil, qazandıqları nailiyyətə görə təbrik etmək kimi bir səbəbimiz olardı...

AktualŞərhlər(7)     Baxış sayı:261

1
Divane yazıb:

men dusunuremki qadin oldun kisi oldum o insani megrur etmir......
megrurluq insanin xarakteridir.........
qadinlarki sen deyirsen evde erini gozleyir o esaretin ozunde gunahlarin coxunu o qadin ozu dasiyir....bu ne xan bey dovrudu nede huquq taptalanan vaxt insan...............ozu oz heyatini istediyi kimi qura biler oz fikirleriyle yada ki yixa biler oz fikirleriyle o esaret altina dusen xanimlar...boyuyende bir amal ile yasayiblar ere getmek!!! ele ona gorede indi esaretdediler...men bele dusunurem
qaldi insani cixnsine gore deyil gorduyu ise gore qiymetlendirilmelidi bu fikirle men raziyam
sems xanim eslinde yaxsi movzudu mende oz sexsi fikrimi bildirdim...

Mart 8, 2008 20:59


2
araz yazıb:

alidir canım

Mart 11, 2008 22:11


3
Emilius yazıb:

Shems xanim, yazdiginiz ile raziyam... amma 8 Mart eslinde sevdiyimiz qadinlara sevgimizi gostermek ucun veya hediyye almaq ucun sanki bir behane olmalidir... Amma sevdiyimiz qadinlara hediyye almaq veya sevgimizi gostermek ucun 8 Marti gozlememeliyik...

Mart 11, 2008 22:56


4
polad yazıb:

Salam yeni serlerinizide oxudum.qadinla bagli movzunuza gelince bilirsiniz biz millet olaraq o qeder cilizlasmisiq ki patriot olsamda bunu etiraf edirem.Ne kutsal kitabimizdaki qadinla bagli ayeti kelimelere uyduq ne de konustitutsuyamizdaki muddealara.Biz mehve mehkum bir gundeyik bu gun bu cemiyyetin gunahidir cemiyyetdeki iyrencliklerin munasibetsiz munasibetlerin bizlere yansimasidir bizler tomrisler sara xatunlar burla xatunlar tuti bikeler kimler kimler yetisdiren bir toplum olmusuq bax onda biz xalq idik bizim ruhumuz vardi.Et kesende yaninda durmus pisiye bir parca et atan qessaba benzeyirik biz kisiler bu gunde.12 ay gobudculuq soyus tehqir heyvani hissleri qarsilamaq ucun istifade etdiyimiz qadini bizler utanmadan seni tebrik edirem demekle ozumuzu ne qeder alcaltdigimizin ferqinde deyilik.Savads;zlari qoyaq kenara oxumusumuz vezifelilerimiz birce defe goresen gender barede dusunubler ne vaxtsa?Qisacasi cemiyyetimiz necedirse qadinli kisili munasibetlerimizde onun eynisidir.Xeste betnde xeste usaq olar.Cemiyyetin duzelmesi arzusu ile ve tebii ki cemiyyeti yoneldenlerinde.Sag olun

Mart 12, 2008 0:09


5
Gülşən Cəbiyeva yazıb:

Qadın bitkiyə bənzədikcə ona həsr olunan bayramlar da bayağılaşar. Qadına münasibətlər də bitkisayağı olar.

İnsanın bitkiyə, yaxud heyvana bənzədikcə, doğum günün də ətrafdakılar üçün bayağılaşması, dəyərsizləşməsi kimi.

Mart 13, 2008 20:54


6
Anar N. yazıb:

Yuxarıda ki, müxtəlif fikirləri oxudum, təəbii ki, Şəms xanımın yazdığı məni daha çox maraqlandırdı (nə qədər haqlı olub - olmadığın deyə bilmərəm). Mən deyərdim bizim cəmiyyətin poblemlərindən biri olan qadına münasıbətin əsas səbəbi yeganə qaydanın yaxudda qanunun olmamasıdır. Ümumiyyətlə qanun qayda zaman-zaman formalaşır və bu demək olar heç bir tərəfi narazı qoymur. Məhz qadına münasibətlə bağlı qanun qaydaya gəldikdə isə, bu İslam aləmində öz həllini tapmışdır. Sadəcə bizim ölkə İslam respublikası olmadığına görə ixtiyarı qaydanın alternativi vardır. Bizim qadınların alternativ variantları olduğuna görə İslam aləmində olan ənəni yox başqa bir variant seçməyə çalışırlar. Əlbətdə bunu digər cinsin nümayəndələridə qəbul etməlidir. Problem ele burdadır. Bu problem o, vaxt öz həllini tapardı ki, mövcud ənəndən hər iki tərəfin razılığı ilə istifadə edək. Belə vaxtlarda (seçim qarşısında qalanda) təcrübəli adamlar tərəfindən biraz da məcburiyyət olmalıdır. Əlbət bu təcrübəli adamlar öz təcrübələrinə istinad edərək ən yaxşı varianti məcbur edəcəklər. Bunu bizim üçün İslam dini edir...

8 martı günün 7 və yaxudda 9 mart günündən ayırmamaq arzusu ilə.

Mart 15, 2008 14:11


7
nizami63 yazıb:

belke de 1-ci defedir ki, hormetli Şəms EL xanimin bele bir pessimist movqede yazilmish yazisini oxumali oluram...
Men bu yazini basha dushmek ucun cox fikirleshmeli oldum...Deyesen bir qerara gele bilmishem !
Etiraf etmek isteyirem ki, hormetli Şəms EL - in nezerde tutaraq etiraf etdiyi bu hissleri haradasa basha dushmek de olar, ancaq yaddan cixarmaq lazim deyildir ki etrafimizda qadina boyuk hormet ve qaygi gostere bilen kishilerimiz de, aile sahibine er yox, heyat yoldashi kimi yanashan qadinlarimiz da az deyildir. Ve bu baximdan 8 Mart bir bayram olaraq bele insanlarin bir-birlerine munasibetlerini izhar etmek ucun elave bir shansdir...

Aprel 3, 2008 18:10


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha