Reklam verin!
Şəms ELMart 4, 2008 20:58
zeher

Heç yoxsul oldunmu, sevgilim?
Heç ac yatdınmı?
Ya paltarına yamaq necə,
vurdumu anan hər gecə?
Heç döyüldünmü, söyüldünmü
günahın olmadan?
Heç fəhləlik etdinmi,
daş daşıdınmı?
Heç maşın yudunmu
kinayəli baxışı altında
maşın sahiblərinin?
Heç nifrət etdinmi
həyata gəlişinə
səbəb olan adamdan?
Heç keçdimi ürəyindən
səmimi bir ölüm arzusu?
Heç baxdınmı gözlərimə
gördünmü məndəki mən`i?
Heç sevdinmi qəlbimdəki
acı zəhəri?
Yoxsa, qorxdunmu
zəhərlərəm, deyə səni...
 
2008 
ŞeirlərŞərhlər(3)     Baxış sayı:221

1
Elnaz Eyvazlı yazıb:

Sən məni öldürdün,
məndəki məni,
amma bilmədin.
Bilərəkdən öldürdün,
öldürdüyünü bilmədin yəni.
Çünki o mən yoxdu səndə.
Ona görə öldürəndə
harayını eşitmədin.
Ay yazıq və zavallı,
su gələn arxa bir də gələr.
O mənin yiyəsi mənəm,
toplayaram özümü.
Bəs sən?...
Təbrik edirəm!

Mart 6, 2008 17:43


2
ismail yazıb:

SALAM
GOZAL ŞEİRİNİZ VAR BİZADA BAŞ VİR.

Mart 8, 2008 23:44


3
Ruzigarim yazıb:

Yox...O hec vaxt çətinlik görməmiş birisidir, onunçün ən böyük faciə şalvarının ütüsünün pozulmağıdır.
PS: Qorxaqlar yalnız mövcud olur, onlar yaşamır!

May 1, 2008 19:09


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha