
Salam, Dəniz!
Nəhayət ki, gələ bildim
əl-ayağımı bağlayan
bir ömürlük zəncirlərdən
qopa bildim...
Nə göz yaşı, nə də gülüş
nə ayrılıq, nə də görüş...
Nə qorxu, nə də həyəcan
nə həqiqət, nə də yalan
gətirmədim,
silahsızam...
Nə bağışlanmaq istəyəcəm,
nə ittiham edəcəyəm...
Susacağam...
Addım-addım
qovuşarkən azadlığa,
dinləyəcəm
dalğaların ifasında
əziz Noyabr nəğməsin...
Nəhayət ki, gələ bildim
əl-ayağımı bağlayan
bir ömürlük zəncirlərdən
qopa bildim...
Nə göz yaşı, nə də gülüş
nə ayrılıq, nə də görüş...
Nə qorxu, nə də həyəcan
nə həqiqət, nə də yalan
gətirmədim,
silahsızam...
Nə bağışlanmaq istəyəcəm,
nə ittiham edəcəyəm...
Susacağam...
Addım-addım
qovuşarkən azadlığa,
dinləyəcəm
dalğaların ifasında
əziz Noyabr nəğməsin...
2008

Salam Şəms
necəsiz? şerləriniz dedikcə əladi. oxumaqdan doymur adam!
Amm bir təklifim var şerlərini əgər şəkildə yazılmasa daha əla olar. çünku belə yazanda kəlmələr axtarş sistemlərində tapılmır və sənin belə gözəl şerləri oxuyanların sayı az olur.
hər halda məsləhət özünüzlədi.
uğurlar
Fevral 13, 2008 9:27