Reklam verin!
Şəms ELFevral 13, 2008 4:51

gozler

 

 


Gözlərimdən gözlərinə gedən yolda
min xəyal var
min arzu var
min istək var
daha nələr...

Gözlərindən gözlərimə gələn yolda
min məyusluq
min göz yaşı
min acı var
daha nələr...

Gözlərim gözlərinə
pıçıldayar sirlərimi
ən səmimi hisslərimi
daha nələr...

Gözlərin gözlərimə
çırpar xatirələrini
və sonsuz nifrətini
əbədi həsrətini
daha nələr...

Gözlərim gözlərinə
ümid verər
həyat verər
sevgi verər
daha nələr...

Gözlərin gözlərimə
ölüm verər...

Daha nələr...
 
2007 
ŞeirlərŞərhlər(0)     Baxış sayı:160

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha