
Dəniz...
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz...
Tənhaların təsəllisi
Sevgililərin nəğməsi
Dərdlilərin ah-naləsi
Qayğılı,
sevdalı dəniz...
Şahid olmuş
saysız Günəş doğuşuna,
batışına
və savaşına
düşüncələrin
dalğaların üzərində
coşğun dəniz...
İçində gizlidir
neçə göz yaşı
heç vaxt unudulmayacaq
minlərlə həyat yaddaşı
sirli dəniz...
Sahilinə həkk olunmuş
duyğuları,
riyakar yazıları
iz qoymadan
udan dəniz...
Böyük ideyalar sahibi
dağıdıcı,
öz etiraz dalğasını
çəkinmədən
usanmadan
çırpa bilən
insanlığın düz üzünə
üsyankar, inadlı dəniz...
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz...
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz...
Tənhaların təsəllisi
Sevgililərin nəğməsi
Dərdlilərin ah-naləsi
Qayğılı,
sevdalı dəniz...
Şahid olmuş
saysız Günəş doğuşuna,
batışına
və savaşına
düşüncələrin
dalğaların üzərində
coşğun dəniz...
İçində gizlidir
neçə göz yaşı
heç vaxt unudulmayacaq
minlərlə həyat yaddaşı
sirli dəniz...
Sahilinə həkk olunmuş
duyğuları,
riyakar yazıları
iz qoymadan
udan dəniz...
Böyük ideyalar sahibi
dağıdıcı,
öz etiraz dalğasını
çəkinmədən
usanmadan
çırpa bilən
insanlığın düz üzünə
üsyankar, inadlı dəniz...
Hər sevginin başlanğıcı
həm də sonu
nazlı dəniz...
2007

denizden super yazirsiniz cox xosuma geldi fotonun fonunda serler super cixir bele devam edin
Fevral 14, 2008 14:18